330x110
 

Expressbank növbəti mükafatını aldı!

13.12.2019,10:53


13 dekabr, Fineko/abc.az.  Məhsul və yenilikləri  ilə daim öndə olan Expressbank növbəti mükafata layiq görüldü.

Mastercard beynəlxalq ödəniş sisteminin regional nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilmişdir. Artıq beşinci ildir ki, keçirilən tədbir zamanı innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilir və Azərbaycandakı tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil olunur. 

Görüş bankların 2019-cu ildə fəaliyyətlərinə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə yekunlaşıb. Expressbank MasterCard Standart kartlarını ən çox emissiya edən ikinci Bank olaraq mükafatlandırılmışdır. 

Qeyd edək ki, Expressbank-ın 30%-dək cashback ilə seçilən plastik kartlarını sifarişi https://www.expressbank.az/cards linki üzərindən mümkündür. Onlayn sifariş sayəsində müştərilər Banka iki dəfə yaxınlaşmalı olmurlar. Kart hazır olan zaman müştəriyə SMS xəbərdarlıq göndərilir və müştəri filiala yaxınlaşaraq kartı əldə edir.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz. 

Açar sözlər: Expressbank