İlham Əliyev İslam Həmrəyliyi üzrə beynəlxalq konfransın açılış mərasimində iştirak edir

10:39 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Azərbaycan Prezidenti  “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransda 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər.

 

 

 

Bütün xəbərlər