330x110
 

Valyuta ehtiyatları ilin əvvəlindən artıb – 5 milyard dollardan çox

13.12.2019,15:32


13 dekabr, Fineko/abc.az. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı statistik məlumatlarda qeyd olunub.

Məlumatda vurğulanır ki, 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64.1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2.3%, o cümlədən, qeyri-neft ixracı 17.5% artmış, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olub. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12.7% və ya 5.7 mlrd. dollar artaraq 50.4 mlrd. dollara çatıb.

Müəllif: Elmir Murad