330x110
 

Qadınların iqtisadi fəallığını artırmaq üçün sistemli tədbirlər görülür – Nazir müavini

13.12.2019,16:20


13 dekabr, Fineko/abc.az. "Azərbaycanda qadınların iqtisadi fəallığını artırmaq üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir".

ABC.AZ xəbər verir ki,  bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Scale Up" - qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib.

O qeyd edib ki, ölkədə sahibkarlığın, xüsusilə də qadın sahibkarların inkişafına ciddi dəstək verilir: "Bu gün dövlət bütün iqtisadi imkanlarını bunun üçün istifadə edir. "Scale Up" proqramı qadınların bilik və bacarıqlarını artırmaqda mühüm rol oynayacaq. Bilik olmadan nəyəsə nail olmaq mümkün deyil. Hər şeyin başlanğıcı bilikdir. Bununla yanaşı, ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi var. Bu agentlik ölkədə sahibkarlığın inkişafı ilə bağlı çox ciddi işlər görüb. KOBİA sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının hazırlanmasında, mövcud qanunların daha mütərəqqi səviyyəyə çatdırılmasında böyük işlər görür".

Müəllif: Elmir Murad