330x110
 

“Azərsu” ASC-nin rəhbər şəxsləri vətəndaş qəbulu keçiriblər

13.12.2019,16:26


13 dekabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavinləri şəhər və rayonlarda vətəndaşları qəbul ediblər.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilir ki, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, sədr müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan sakinlərlə görüşüb.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.