AZTA və "Şahdağ" Turizm Mərkəzi turistlərə xidmət şəraiti və keyfiyyətinin koordinasiya metodu ilə tənzimlənməsi barədə razılığa gəldilər

11:02 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) və "Şahdağ" Turizm Mərkəzi  əməkdaşlıq barədə razılığa gəldilər.

AZTA-nın məlumatında deyildiyi kimi, bu qərar, turizm şirkətləri və Şahdağ Mərkəzinin nümayəndələri arasında dünən keçirilmiş görüşdə qəbul edilib. 

Məlumatda bildirilir: “Görüşdə "Şahdağ" Turizm Mərkəzində növbəti qış mövsümünün aşılış günündə baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə  tənzimləmə yolları müzakirə olunmuşdur. Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinmişdir”.

Məlumatda həmçinin deyilir ki, AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma  sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırmışdır. Görüşün sonunda  bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilmişdir.

 

 

Bütün xəbərlər