330x110
 

Xaçmazda avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrıldı

13.12.2019,17:14


13 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev  Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, 12 000 nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,4 milyon  manat ayrıldı.