330x110
 

Pensiyalar yenə artacaq – Yanvardan

16.12.2019,10:29


16 dekabr, Fineko/abc.az. Gələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Sözügedən məsələyə münasibət bildirən sabiq deputat Musa Quliyev qeyd edib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir. “Yəni 2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq” deyə M.Quliyev bildirib.

Qeyd edək ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

Müəllif: Elmir Murad