İpoteka kreditləri niyə azalıb? – Ekspertdən münasibət

11:48 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 127,6 milyon manat ipoteka krediti verilib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% azdır. Azalma xeyli çoxalıb.

Bəs görəsən azalma nə ilə əlaqədardır?

Bu sualla ekspert Əkrəm Həsənova müraciət etdik.

Ekspert ABC.AZ-ın sualına cavabında bildirdi ki, bir müddət əvvəl ləvğ olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri və maliyyə bazarları tam Mərkəzi Banka verildikdən sonra fəallıq arta bilər.

O, qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vaxtı ilə Mərkəzi Bankın nəzdində olub və qeyri-şeffaf ənənə qoyub: “Fond kimə və hansı əsasa kredit verib, onu bir Allah bilir, bir də Mərkəzi Bankla Fondun rəhbərliyi. Ənənənin davamı ola bilər. Amma bu o demək deyil ki, oradan kredit almaq asan olacaq”.

Ə. Həsənov bu ilin yanvar-oktyabr ayları ərzində Fondun qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləğinin 25,7% azalaraq 130 milyon manata düşməsini də şərh edib. O bunun səbəbini belə izah edib: “Əsas səbəb vəsaitin çatmamasıdır. Dövlət əvvəlki kimi maliyyələşdirmir, istiqrazlar da banklar üçün celbedici deyil”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər