Türk lirəsi sürətlə bahalaşır - Bir müddət də davam edəcək

14:53 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Türkiyədə lirə ilə bağlı qəribə və maraqlı nüanslar yaşanır.

Belə ki, ABŞ-la Türkiyə arasında yaşanan siyası qalmaqal lirə və dolların məzənnəsində Türkiyə valyutasının bahalaşmasına səbəb olub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin bahalaşmasına ekspertlər də münasibət bildiriblər.

Ekspertlər hesab edir ki, Türkiyə Cümhuriyyət Mərkəzi Bankının faizləri azaltması onun xarici hesablaşmalarda müsbət saldosunun azalmasına, lirənin isə beləliklə bahalaşmasına səbəb olur. Mütəxəssislərin fikrincə, belə getsə lirənin bahalaşması bir müddət də davam edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər