Azərbaycanda sosial kartlar da azalıb – 10 faizdən çox

15:52 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. 2019-cu ilin 10 ayının yekun nəticəsinə görə, ölkədə olan ödəniş kartlarının sayı 7 milyon 136 min ədəd olub.

ABC.AZ Mərkəzi Banka(AMB) istinadən xəbər verir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 586 min və ya 8,94%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 712 min və ya 11,08% artıqdır.

Bununla yanaşı 2019-cu ilin 10 ayına olan məlumata görə, ölkədə 2 milyon 383 min ədəd sosial kart var. Son bir ayda bu kartların sayı 271 min və ya 10,21% azalıb. İlin əvvəli ilə müqayisədə isə sosial kartların sayı 137 min ədəd və ya 5,43% azalıb. Azalma aqro kartlarla əlaqədardır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər