Bir az artandan sonra neftin qiymətləri cüzi dəyişir

10:01 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Ötən günkü kiçik artımdan sonra çərşənbə axşamı günü neftin qiyməti cüzi dəyişməyə başladı.

Dekabrın 16-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,12 (0,18%) artaraq bir barelə $65,34 təşkil edib. Onun qiyməti saat 9:15-də $0,01 (0,02%) enərək bir barelə $65,33 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,14 (0,23%) artaraq bir barelə $60,21 təşkil etmişdir. Onun qiyməti  saat 9:15-də $0,03 (0,05%) enərək bir barelə $60,18 təşkil etmişdir.

 

Bütün xəbərlər