İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artdı – 71 milyon manat

10:36 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bu Prezidentin imzaladığı fərmanla baş verib. Dəyişikliyə görə, Fondun nizamnamə kapitalı 637 milyon manat müəyyən edilib. 31 Sentyabr 2019-cu il tarixində Fond 566 milyon manat nizamnamə kapitalına malik olub. Beləliklə, Fondun nizamnamə kapitalı əlavə 71 milyon manat da artırılacaq.

Qeyd edək ki, ötən ilin sonunda Fond 466 milyon manat nizamnamə kapitalına malik idi.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər