Bakı Fond Birjası: daha iki şirkətin istiqrazları listinqə daxil edilib

12:19 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Bakıda “AzFinance” investisiya şirkətinin təşkilati dəstəyi ilə “Kapital bazarları 2018” konfransı keçirilir.

Konfransda Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov deyib ki,  bu il listinqə daha iki şirkətin istiqrazları daxil edilib.

“Unibank” kommersiya bankı və “Metak” şirkətinin istiqrazları listinqə daxil edilib”, - deyə V.Namazov bildirib.

Onun sözlərinə görə, “Unibank” istiqrazlar və səhmlər, “Metak” şirkəti isə istiqrazlar buraxacaq.

 

Bütün xəbərlər