Ötən gün Azərbaycan Mərkəzi Bankı qısamüddətli notlar yerləşdirib

12:22 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Dünən Azərbaycan Mərkəzi Bankı qısamüddətli notlar yerləşdirib.

“Bakı Fond Birjası” QSC-nin məlumatına əsasən, dekabrın 20-də AMB 50100366S dövlət qeydiyyat nömrəli notlar satıb. Notlar 200 milyon manat həcmində, 28 gün tədavül müddətinə təklif edilmişdir.

10 investordan 206 833 300 manat məbləğində notların alışına dair 13 sifariş daxil olmuşdur. Təklif edilən qiymət intervalı  98.8472 AZN (illik gəlirlilik 14.99%) və 99.2278 AZN (10.01%) təşkil etmişdir.

AMB-nın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.8472 AZN (gəlirlilik 14.99%), orta ölçülmüş qiyməti 99.0287 AZN (gəlirlilik 12.61%) müəyyən edilmişdir. Hərrac nəticəsində 206 833 300,00 AZN həcmində notlar satılmışdır.

Notların ödəmə tarixi: 17 yanvar 2018-ci il.

 

Bütün xəbərlər