Pensiya məbləğləri barədə ekspertdən AÇIQLAMA

12:04 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov son günlər pensiya məbləğlərinin hansı formada indeksasiya olunacğı ilə bağlı çoxsaylı sualların olduğunu bildirib və bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, V.Bayramov qeyd edib ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur: “Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib. Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər