Maliyyə və sığorta fəaliyyətinə yatırılan sərmayələr artıb – 3,3 dəfə artıb

12:43 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. Azərbaycanda 2019-cu ilin yanvar-noyabr ayları ərzində maliyyə və sığorta fəaliyyətinə yatırılan sərmayələrin həcmi məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə maliyyə və sığorta faəliyyətinə yatırılan məbləğ 3,3 dəfə artıb. Belə ki, 2019-cu ilin ilk 11 ayında 37,2 mln. manatlıq yatırım edilib.

Qeyd edək ki, ötən ilin eyni dövründə bu sahəyə 11,1 mln. manatlıq yatırım edilmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər