"Bir Pəncərə" vasitəsilə ixrac olunan məhsulların həcmi açıqlanıb - Hesabat

14:38 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. "Bir Pəncərə" vasitəsilə 290,5 milyon dollarlıq ixrac həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İslahat İcmalı"nın xüsusi buraxılışında qeyd olunub.

 Bu dəfəki buraxılış "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə həsr olunub. İslahat icmalına əsasən, Mərkəz vasitəsilə həm dövlət, həm də özəl qurumlar tikinti-sənaye, kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, ayaqqabı altlıqları, qiymətli külçələr, qlükoza və nişasta məhsulları, diş məcunu, nəmləndirici krem, şərab, samovar, dini təyinatlı ədəbiyyat, o cümlədən nadir heyvan növlərindən sayılan Dağıstan turu, timsah dərisindən hazırlanan saat, çanta, nərəcinsli balıqların əti və kürüsü ixrac ediblər.

Mərkəzlə əməkdaşlıq edən şirkətlər arasında "AzərGold", "Baku Steel Company", "T.Əhmədov adına AZNAR", "ATENA", "Azərtütün", "Food Export Şəmkir", məhsullar arasında isə polad armatur yayması, polad boru, meyvə şirələri, nar, pendir ixracı üstünlük təşkil edib. Sertifikat verilən məhsullar əsasən İsveçrə, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İraq, İsrail, Bolqarıstan, Qazaxıstan, Çexiya, Polşa, Sinqapur, İspaniya, Meksika, Macarıstan, Finlandiya, Kanada, ABŞ, Belarusiya, Vyetnam, Niderlanda ixrac edilib. İxrac olunan ölkələr arasında İsveçrə (71, 3 milyon ABŞ dolları), Rusiya (46, 8 milyon ABŞ dolları), Gürcüstan (36, 6 milyon ABŞ dolları), Türkiyə (16.9 milyon ABŞ dolları), Ukrayna (1 milyon ABŞ dolları) öz ixracı ilə digər ölkələrdən fərqlənib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər