330x110
 

Əmlak vergisi artıb - 12 faiz

18.12.2019,16:49


18 dekabr, Fineko/abc.az. Aksiz vergisi üzrə daxilolmalar 20 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Sözügedən dövrdə büdcənin gəlirləri 19 milyard 367,04 milyon manat təşkil edib. Büdcəyə daxilolmaların 21,73 faizi əlavə dəyər vergisi, 11,84 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,58 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,85 faizi aksizlər, 3,84 faizi fiziki şəxslərin gəlir vergisi, 1,59 faizi sadələşdirilmiş vergi, 2,16 faizi vergilərin digər növləri, 49,41 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

2019-cu ilin yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb. Bu vergi üzrə 746,11 milyon manat vəsait daxil olub. Göstərilən dövrdə xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb. Əlavə dəyər vergisi üzrə daxilolmalar isə yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrünə nisbətən 17 faiz artaraq 4 milyard 208,37 milyon manata çatıb.

Əmlak vergisində isə 12 faizlik artım müşahidə edilib.

Müəllif: Elmir Murad