VTB Bank Azərbaycanda telekomunikasiya şirkətlərindən birinə kredit ayıracaq - Yevgeni Kirin

11:35 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Gələn ildən filial və ofislərimizdə yeniliklər etməyi düşünürük.

ABC.AZ xəbər verir ki, bunu "VTB Azərbaycan"-ın rəhbəri Yevgeni  Kirin 2019-cu ilin yanvar-oktyabr ayına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, layihənin əsas məqsədi ofis və filiallarımızın funksionallığını artırmaqdır. Bank rəhbəri sözügedən dövrdə bir çox məsələlərdə, o cümlədən bankomatların işinin daha səmərəliliyinin artırılması üçün də bir sıra işlərin görüldüyünü vurğuladı. 9 ayın nəticələrini qənaətbəxş hesab edən  K. Yevgeni gələcək planlardan da danışdı: "Rəqəmsal bankçılığın inkişafı üçün addımlarımızı davam etdirəcəyik. Bundan əlavə bankımız telekomunikasiya şirkətlərindən birinin 4 G sisteminin təkmilləşdirilməsinə kredit ayıracaq. Hələlik şirkətin adını açıqlamağ tezdir. Qarşıdakı zamanlarda yəqin ki, açıqlanar".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər