Bu məhsullar üçün aqrar sığorta tətbiq olunacaq - SİYAHI

14:49 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Aqrar sığortanın təsir dairəsinə düşən məhsulların siyahısı təsdiqlənib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb. Bu ilin iyununda aqrar sığorta ilə bağlı Qanun qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, beynəlxalq təcrübə də nəzərə alınaraq bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Digər tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb. İlk mərhədələdə bitkiçilik sahəsində - ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru. İdxalın əvəz edilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə: portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq. eyvandarlıq sahəsində - məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə: 1-7 yaşadək südlük inəklər və camışlar.

Qeyd edək ki, avqustda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb və 2020-ci il üçün fonda dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər