Bank kreditlərinin restrukturizasiyası üçün müddət artırılmalıdır – Təklif

15:18 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Azərbaycanda bank kreditlərinin restrukturizasiyası üçün ayrılan müddətin artırılmasına ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu VTB Bank Azərbaycanın İdarə heyətinin sədri Yevgeni Kirin yanvar-oktyabr aylarına dair bu gün keçirbilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bəzi borclular hələ də banklara müraciət etmədiklərinə görə, indiyədək mövcud olan problemli borcları restrukturizasiya etmək mümkün olmayıb: “İndiyədək VTB Bank belə kreditlərin sayca 56%-ni, məbləğ baxımından isə 52%-ni restrukturizasiya edə bilib. Bu məsələdə borcluların aktivliyi aşağıdır, başqa banklarda da oxşar şərait var. Bəlkə də bunun üçün ayrılan vaxtın uzadılması tələb oluna bilər ki, borclular bu kreditlərini restrukturizasiya eləyə bilsinlər.

Qeyd edək ki, problemli borcların restrukturizasiyası ilə bağlı müddətlər prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli fərmanında nəzərdə tutulub və bu ilin sonunadək başa çatmalıdır.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər