Azərbaycan və İranın gömrük sistemləri məlumat mübadiləsinin aktiv sisteminə keçdilər

15:12 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Azərbaycan və İran gömrükçüləri ikitərəfli görüş keçirdilər.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir ki, görüş əsnasında “Məlumat mübadiləsi sistemi üzrə” Texniki Təminat Sənədinin və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.

“Görüşdə tərəflər məlumat mübadiləsi sisteminin test rejimindən aktiv mərhələyə keçidi barədə qərar qəbul etdilər. Görüşdə həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə dair perspektiv iş planının hazırlanması və təsdiq edilməsi barədə qərar qəbul edildi”, - deyə məlumatda bildirilir.

 

 

Bütün xəbərlər