Cənub Qaz Dəhlizi” QSC auditor axtarır

14:40 - 20.12.2019


20 dekabr, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” QSC-nin 01 yanvar 2019-cu il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər, maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlər üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 100 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 15 yanvar 2019-cu il saat 09.00-a , tender təklifini isə 24 yanvar 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az    vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 27 yanvar 2019-cu il saat 09.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Kamran Niftəliyev

Telefon: (994 50)  491 86 11

 

Bütün xəbərlər