“Yaşıl dəhliz” buraxılış sistemindən 505 hüquqi şəxs yararlanır – Komitə sədri

14:51 - 20.12.2019


20 dekabr, Fineko/abc.az.  Azərbaycanın ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib. Komitə sədrinin sözlərinə görə, hazırda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. Ümumilikdə idxal əməliyyatlarının 25 faiz, ixrac əməliyyatlarının 27 faizi “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər