Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə gedir? - Statistika

15:18 - 20.12.2019


20 dekabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095,0 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ölkə vətəndaşlarının 36,7%- İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiya Federasiyasına, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64,0%-ini kişilər, 36,0%-ini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

 

Bütün xəbərlər