Rusiyadan Azərbaycana gələnlərin sayı artıb – 29,7 faiz

15:42 - 20.12.2019


20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 923,8 min və ya keçən ilin eyni dövrü ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, gələnlərin 29,7%-i Rusiya Federasiyası, 22,6%-i Gürcüstan, 9,9%-i Türkiyə, 8%-i İran, 3,5%-i Səudiyyə Ərəbistanı, hər birindən 2% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9%-i Ukrayna, 1,7%-i Türkmənistan, 1,6%-i İraq, hər birindən 1,5% olmaqla Qazaxıstan və İsrail, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,3%-ni kişilər, 33,7%-ni isə qadınlar təşkil edib.

Bütün xəbərlər