Bakının mərkəzi prospektlərindən birində yol hərəkəti məhdudlaşdırılacaq

16:18 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Dövlət Avtonəqliyyat Agentliyi yol hərəkətinin məhdudlaşdırılacağı barədə sürücülərə xəbərdarlıq edir.

Agentliyin məlumatında deyildiyi kimi, Babək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə (təxminən 1 km-lik hissədə) avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

“Həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər