Neftin qiymətləri cüzi artır

10:01 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü cüzi yüksəlir.

Dekabrın 23-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,25 (0,38%) artaraq bağlanışda bir barelə $66,39 təşkil edib. Brentin qiyməti saat 9:15-də $0,10 (0,15%) artaraq bir barelə $66,49 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,08 (0,13%) artaraq ticarətin sonunda bir barelə $60,52 təşkil etmişdir. Onun qiyməti  saat 9:15-də $0,04 (0,07%) yüksələrək bir barelə $60,56 təşkil etmişdir.

 

Bütün xəbərlər