İqtisadçı həyəcan təbili çalır - Qeyri-rəsmi pul kütləsi milli valyuta üçün təhlükəlidir

11:00 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı ekspert Samir Əliyev uzun müddətdən sonra üzən məzənnəyə keçidə münasibət bildirib.

Ekspert sözügedən məsələyə şərhində bir sıra vacib məqamlara toxunmaqla yanaşı bəzi faydalı ola biləcək məlumatlar da verib.

ABC.AZ xəbər verir ki, S.Əliyev qeyd edib ki, ekspertlərin bir qismi üzən məzənnə rejiminə keçidi indiki şəraitdə mümkünsüz saysa da, bu fikri bölüşməyənlər də var. “Birinci qrup ekspertlərlə həmrəyəm və indiki şərtlər daxilində üzən məzənnəyə keçid nəinki mümkün deyil, hətta deyərdim məqsədəuyğun deyil” deyə S. Əliyev vurğulayıb. O bunu bir neçə bəndlə izah edib: “Əvvəla, ölkə iqtisadiyyatı şaxələndirilməyib və bir mənbədən – neft gəlirlərindən asılılığı qalmaqdadır. İxracın 90-95%-i, büdcənin 60%-dən çoxu, ÜDM-in yarıya qədəri neftdən asılıdır. Bu o deməkdir ki, dünya bazarlarında neftin qiymətinin dəyişməsi milli valyutanın məzənnəsinə birbaşa təsir göstərəcək və məzənnin volatilliyi artacaq. Yəni müəyyən dövrdə bahalaşacaq, müəyyən dövrdə ucuzlaşacaq. Qeyri-sabit məzənnə isə makroiqtisadi sabitlik üçün təhlükəlidir. İkinci əsas səbəb ölkədə kölgə istisadiyyatının yüksək olması səbəbindən dövriyyədə qeyri-rəsmi pul kütləsinin mövcudluğudur. Məzənnədə baş verən istənilən dəyişiklik həmin vəsaitlərin valyuta bazarına axınına və spekulyasiyalara yol aça bilər. Qeyri-rəsmi pul kütləsi həm də ölkədən qeyri-rəsmi valyuta axınını şərtəndirir. Bu isə milli valyuta üçün təhlükəlidir. Üçüncü səbəb ölkə iqtisadiyyatının idxaldan asılılığının yüksək olmasıdır. Məhz bu səbəb məzənnə dəyişikliyinin ölkə daxilində yüksək inflyasiya yaratmasına səbəb olur. Belə vəziyyətdə milli valyutanın ucuzlaşması yerli istehsalın rəqabət qabiliyyətinə ciddi təsir etmir. Çünki xam malı xaricdən alınnan yerli istehsalda devalvasiya qərarının təsiri olaraq bahalaşır.Amillərin sayını artırmaq da olar. Məsələn, ökəyə gələn xarici valyuta kanallarının məhdud olması, valyuta və fond bazarının demək olar ki, olmaması, dollarlaşma səviyyəsinin yüksək olması və s”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər