Bakıda satılan ərzaq məhsulları nə qədər bahalaşıb? - AÇIQLAMA

11:55 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında paytaxtın ticarət dövriyyəsi ötən ilin eyni ayları ilə müqayisədə 3,6 faiz artaraq 18,6 milyard manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8,5 milyard manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz çoxalaraq 10,2 milyard manat təşkil edib.

İstehlak məhsullarının 28,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər