Azəralüminium tender elan edir

15:28 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. "AZƏRALÜMİNİUM"  MMC alüminium rulonların qablaşdırılması üçün 60000 metr Şəffaf selofan (polietilen plyonka) alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 26 dekabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 10 yanvar 2020-cu il saat 17.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 13 yanvar 2020-cu il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Teymur Quliyev

Telefon: (994 50)  503 03 75

 

Bütün xəbərlər