Böyük həcmli hərrac keçirildi – 10 milyon manatlıq

17:33 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Bu gün Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, hərrac BFB-də Maliyyə Nazirliyinin AZ0106024752 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə baş tutub. Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.4417  AZN (9.5000%) və 102.6428 AZN (7.4999%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.8408 (7.7999%) orta ölçülmüş qiyməti 102.0495 (7.7216%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,912,900.00 AZN yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.

İstiqrazlar 2022-ci il dekabrın 20-də ödəniləcək. Hərrac iştirakçıları 25 dekabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Bütün xəbərlər