Neft bahalaşdı, Brent 3 ayda maksimum qiymətə yüksəldi

10:01 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.

Dekabrın 24-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,81 (1,22%), bir barelə $67,2 təşkil edib ki, bu da son 3 ayda maksimum qiymət deməkdir.

NYMEX birjasında dekabrın 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,59 (0,97%), bir barelə $61,11. Bu, son 3 gündə ən yüksək səviyyədir.

 

Bütün xəbərlər