330x100
 

İcbari tibbi sığorta üçün gəlirinizdən tutulacaq məbləğ bəlli olub – Nəhayət açıqlandı

25.12.2019,11:09


25 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.

ABC.AZ xəbər verir ki, artıq 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək müddəalar da bəlli olub.

Belə ki, sözügedən tarixdən etibarən mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat olacaq.

Qeyd edək ki, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qeyd edilənlərdən başqa digər sığortaolunanlar üzrə minimum aylıq əməkhaqqının 48 faizi haqqı 2023-cü il yanvarın 1-dən alınacaq. 

Müəllif: Elmir Murad