Bank olmayan kredit təşkilatından yenilik – İstiqraz buraxacaq

11:56 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Azərbaycanda daha bir Bank Olmayan Kredit Təşkilatı (BOKT) istiqraz buraxacaq. Sözügedən təşkilat “Viza Kredit”-dir.

BOKT-dan ABC.AZ-a verilən məlumata görə, istiqraz buraxmaqda əsas məqsəd yeni vəsaitlər cəlb etmək və BOKT-un fəaliyyətini gücləndirməkdir.

Qeyd edək ki, “Viza Kredit”in 2020-ci il üçün əsas məqsədlərindən biri də yeni kredit məhsulları təqdim etmək və kredit portfelini böyütməkdir. Hazırda kredit vermək üçün vəsaitin cəlb edilməsi ilə bağlı aktiv danışıqlar aparılır. Kreditlərin restrukturizasiya sı və kompensasiyalar nəticəsində BOKT-da müəyyən qədər sərbəst vəsait formalaşıb. Mərkəzi bankdandan alınan həmin vəsait hesabına kredit veriləcək. Bundan başqa, kredit məqsədilə BOKT banklardan da vəsait cəlb edə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər