Bu nəqliyyatlarla sərnişindaşıma artıb – 12 faiz

12:38 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2,5 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3,7 milyon sərnişin daşınıb. Komitədən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 298 vaqon yüklənib, 430 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,1 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Müəllim: Elmir Murad

 

Bütün xəbərlər