Bakı Metropoliteni tender elan edir

14:25 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC müxtəlif növ santexnika malların satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 14 yanvar 2020-ci il saat 15.00-a, tender təklifini isə 23 yanvar 2020-cu il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 24 yanvar 2020-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Rauf Yusifov

Telefon: (994 12) 490 00 00

 

Bütün xəbərlər