Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni avtobuslar cəlb olunub – Sərnişin sıxlığına görə

14:37 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və bu yanvarın 5-nə qədər davam edəcək.

ABC.AZ xəbər verir ki, bunu adı çəkilən kompleksin mətbuat katibi Pərvin Məmmədova bildirib. O qeyd edib ki, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub: “Ötən ilin statistikasına görə ən çox sərnişin sıxlığı 28,29,30 dekabr tarixlərinə təsadüf edib. Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyyə olunur. Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” nə zəng edə bilərlər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər