Cari ildə Azərbaycan İsrailə 1 milyard dollardan çox məhsul ixrac edib

14:58 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsini açıqlayıb.

Məlumata əsasən iki ölkə arasında ticarət dövriyyəsi  1 milyard 246,3 milyon dollar təşkil edib.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 205,9 milyon dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 101,6 milyon dollar artıb. Belə ki, keçən ilin 11 ayında ölkəmizdən İsrailə 1 milyard 104,2 milyon dollarlıq məhsul ixrac edilib.

Bu ilin 11 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 40,4 milyon dollar olub.

 

Bütün xəbərlər