Böyük həcmli hərrac keçirildi – 170 milyon manatlıq

16:09 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, Mərkəzi Bankın (AMB) 50103976S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı baş tutub.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 940 milyon 897 min 400 AZN olub. Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99.5543 AZN (5.76%), orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil edib. Notlar yanvarın 23-də ödnəcək.

 

Bütün xəbərlər