Gürcüstan 11 ayda 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb

17:19 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Gürcüstan cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 1 milyard 513 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstanın idxal etdiyi təbii qazın dəyəri 250,9 milyon dollar təşkil edib. Bu da keçən ilin müvafiq aylarına görə 4,65 faiz çoxdur.

Cari ilin sonunadək təbii qaz idxalının həcminin ötən illə müqayisədə bir qədər də artacağı gözlənilir.

© Azertag.az

 

Bütün xəbərlər