330x100
 

“Tibbi sığorta haqqında” qanunu pozanlar cərimələnəcək - Yeni sanksiyalar gəlir

26.12.2019,11:15


26 dekabr, Fineko/abc.az. “Tibbi sığorta haqqında” qanunu pozanlara maliyyə sanksiyaları tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bununla yanaşı sığorta haqqını vaxtında ödəməyənlər əlavə faiz ödəyəcək.

Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli  Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə prezidentin Fərmanından məlum olur.

Fərmanda qeyd edilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi bir sıra formalarda bölüşdürüləcək.

Belə ki, onun 5 faizi Prezidentin Administrasiyasında, prezidentin İşlər İdarəsində və Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə prezident Administrasiyasının hesabına köçürüləcək. Qeyd olunan 50 faizə daxil olan 22,5 faiz İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına, 22,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürüləcək.

Müəllif: Elmir Murad