İlin əvvəlindən etibarən Azərbaycan əhalisi 15623,8 milyon manatlıq məhsul alıb

11:15 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 30862,8 milyon manatlıq məhsul satılmışdır.

Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, həmçinin, hesabat dövründə  xidmət subyektləri tərəfindən 7532,5 milyon manatlıq ödənişli xidmət göstərilmişdir.

Komitədən bildirildi: “Əvvəlki ilin analoji dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,0 faiz artmış, ticarət şəbəkəsində  15623,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır”.

 

 

Bütün xəbərlər