Azərişıq tender elan edir

11:22 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. “Azərişıq” ASC müxtəlif növ KTM-lərin satın alınması üzrə açıq tender keçirir. Tenderdə iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 22.01.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30.01.2020 16:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 31.01.2020 16:00 tarixində baş tutacaq.

Ünvan: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 8

Əlaqələndirici şəxs - Zaur Abdullayev

 

Bütün xəbərlər