330x100
 

İcbari tibbi sığorta haqqını vaxtında ödəməyənlər cəzalanacaq – Yeni qaydalar

26.12.2019,11:44


26 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bundan sonra icbari tibbi sığorta haqqını vaxtında ödəməyənlər əlavə faiz ödəyəcək.

Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli  Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə prezidentin Fərmanından məlum olur.

ABC.AZ Fərmana istinadən xəbər verir ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi bir sıra formalarda bölüşdürüləcək.

Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi bir sıra formalarda bölüşdürüləcək.

Belə ki, 5 faiz Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident Administrasiyasının hesabına köçürüləcək.

Yerdə qalan 12,5 faiz İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına, 12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürüləcək.

Müəllif: Elmir Murad