Bakıda "Sərmayə imkanları" mövzusunda təqdimat olacaq – Mikayıl Cabbarov

14:29 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilir.

ABC.AZ xəbər verir ki, işgüzar tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir: "Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət "Sərmayə imkanları" mövzusunda təqdimat olacaq”. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər