“Azfinance İnvestisiya Şirkəti”-ndən çıxdı “Azsığorta”-ya keçdi - Direktorlar Şurasına

16:33 - 26.12.2019


26 dekabr, Fineko/abc.az.  “Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, Abid Mamedov “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilib. Abid Mamedov  geridə qoyduğumuz noyabr ayında “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının sədri təyin edilib, həmçinin bu vəzifəsində çalışır.

Abid Mamedov indiki iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.

Qeyd edək ki, “Azsığorta”nın Direktorlar Şurasına  Viladi Maniyev sədrilik edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər