330x100
 

“Azsığorta”-da nələr baş verir? – Bir gündə 3 yeni təyinat olub

26.12.2019,16:40


26 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azsığorta” da yeni təyinatlar olub.

Belə ki, Abid Mamedov “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilməsi ilə yanaşı Şadiyyə Amanova “Azsığorta”da Təftiş Komissiyasının sədri təyin olunub. Bundan əvvəl sözügedən vəzifəni Fərhad Əliyev icra edirdi.

Yeni təyinatlar bununla yekunlaşmır, həmçinin Gülmirə Quliyeva sığorta şirkətində baş mühasib vəzifəsinə təyin olunub. Buna qədər isə baş mühasib vəzifəsində Namiq Qiyasov idi.

Müəllif: Elmir Murad