Fermerlərə subsidiyalar kartlarla veriləcək – Artıq köçürülmə başlanıb

17:26 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Bu il fermerlər tərəfindən 735 müxtəlif təyinatlı traktor əldə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

O bildirib ki, həmçinin, fermerlərə dünyanın tanınmış brendlərindən olan və yüksək iş əmsalına malik 135 kombayn satılıb. Digər texnikaların sayı isə 3219 olub. Ümumilikdə 165 milyon manat dəyərində 4089 kənd təsərrüfatı texnikası bazara daxil olub. M. Əliyev subsidiyalara da toxunaraq bildirib ki, fermerlərə verilən subsidiyalar artıq kartlara köçürülür: “Bu, yeni nəsil kartlardır. Yeni nəsil kartlar fermerlərə 3 il müddətinə verilir. Artıq Xaçmaz rayonunda fermerlərə kartların verilməsi prosesinə başlanılıb. Gələn il fevralın ortalarınadək isə 400 minədək fermerə pulsuz kartlar paylanacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər